Moskvanın Xamovniçeski Məhkəməsi ABŞ vətəndaşı, musiqiçi və keçmiş paraşütçü Maykl Trevis Liki külli miqdarda narkotik vasitələrin, yəni mephedronun satışına görə uzun müddətə azadlıqdan məhrum edib.
SİA-nın əldə etdiyi məlumata görə, cümə axşamı Rusiya paytaxtı məhkəmələrinin birgə mətbuat xidməti xəbər verib ki, Lik 13 il müddətinə ciddi rejimli koloniyada cəza çəkəcək.
İş üzrə ikinci müttəhim rusiyalı qadın Veronika Qrabançuk da təqsirli bilinib. O, ümumi rejimli koloniyada 8 il müddətinə azadlıqdan məhrum edilib.
Qrabançuk təqsirini tam etiraf edib. "İnterfaks" xəbər verir ki, Lik günahını etiraf etməyib.
“Amerikanın Səsi” yazır ki, Likin günahını etiraf etməsi və ya etiraf etməməsi ilə bağlı vəziyyət aydın deyil.
Qeyd edək ki, 10 ilə yaxın Moskvada yaşayan Maykl Travis Leak 2023-cü ilin iyununda həbs edilib.
CNN telekanalı qeyd edib ki, 2014-cü ildə Lik onun proqramlarından birində iştirak edib - o zaman o, artıq Rusiyada yaşayırdı və ölkədə senzura ilə bağlı müstəqil musiqiçilərin problemlərindən danışırdı.
...Və yeri gəlmişkən, Lik rus rok qrupu “Seize the Night”-ın mahnı müəllifi və keçmiş vokalçısıdır. Əvvəllər o, həm də Moskvada ingilis dili müəllimi işləyib və rus qrupları üçün mahnıların tərcüməsində kömək edib.
Əli Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə