Ukrayna Rusiyanın “Lukoyl” şirkətinə neft nəqlini dayandırıb. Slovakiyanın TAST agentliyi ölkənin İqtisadiyyat Nazirliyinə istinadən xəbər verir ki, bu, Bratislava "Slovnaft" neft emalı zavodunun işinə təsir göstərəcək.
Məhdudiyyətlər yalnız Ukraynanın Rusiya şirkətinə qarşı sanksiyalarını sərtləşdirməsi ilə əlaqədar “Lukoyl”dan neft tədarükünə şamil edilir. Digər Rusiya neftinin Slovakiyaya tədarükü dayanmayıb.
SİA-nın əldə etdiyi məlumata görə, bunu İqtisadiyyat Nazirliyi bildirir.
Bununla belə, uzunmüddətli tədarük çatışmazlığı Bratislava neft emalı zavodunda fəaliyyətə mənfi təsir göstərə bilər. Alternativ enerji təchizatçılarına tədricən keçidə baxmayaraq, zavodda emal olunan neftin üçdə ikisi hələ də Rusiya mənşəlidir.
Slovakiyanın iqtisadiyyat naziri bildirib ki, departament ukraynalı tərəfdaşlarla birlikdə problemin həlli üzərində işləyir.
Bundan əvvəl Budapeşt "Lukoyl"dan Ukrayna vasitəsilə neft nəqlinin dayandırıldığını bildirmişdi. Macarıstan Xarici İşlər Nazirliyi problemin hüquqi həlli üzərində Rusiya ilə işlədiyini bəyan edib.
Əli Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə