...Rusiya Xarici İşlər Nazirliyinin rəsmisi Mariya Zaxarova bildirib ki, Ukrayna Qərbin köməyi ilə Vladimir Putinə sui-qəsd hazırlayır. Brifinq zamanı o, Ukrayna kəşfiyyatının rəhbəri Kirill Budanovun əvvəllər Putini aradan qaldırmağa çalışdığını söylədiyi bəyanatı xatırladıb.
...Şübhə yoxdur ki, bu cür cinayətlər Kiyev rejiminin anqlosakson ağalarının bilavasitə iştirakı ilə planlaşdırılıb və maliyyələşdirilib, - deyə rusiyalı diplomat bildirib.
Bununla belə, o, əlavə etdi ki, kollektiv Qərb bununla da “bu cinayət fəaliyyətində şərik olur”.
İyulun 13-də “New Voice” Budanovla müsahibə dərc edib və o bildirib ki, Ukrayna xüsusi xidmət orqanları dəfələrlə Vladimir Putinə qarşı sui-qəsd təşkil etməyə cəhd ediblər, lakin bu, uğursuz alınıb.
Rusiya Federasiyası Prezidentinin mətbuat katibi Dmitri Peskov Baş Kəşfiyyat İdarəsinin rəhbərinin bəyanatını şərh edərkən qeyd edib ki, Kiyevdən gələn təhlükə göz qabağında olduğundan dövlət başçısının təhlükəsizliyi lazımi səviyyədə təmin edilir.
Qeyd edilməlidir ki, əvvəllər heç kim rəsmi olaraq Putinə sui-qəsd cəhdləri barədə açıqlama verməmişdi.
Əli Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB