Rusların Qazaxıstanı tərk etmələrini tələb edən qız Almatıda saxlanılıb

Rusların Qazaxıstanı tərk etmələrini tələb edən qız Almatıda saxlanılıb

...Almatıda polis rusların Qazaxıstanı tərk etməsini tələb edən və vaxtilə Hitlerə “krasavçik” (yaraşıqlı) deyən yerli qadını saxlayıb.

SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, bu barədə KazTAG agentliyi yazır.

Polis departamenti nalayiq ifadələr və etnik söyüşlərin işlədilməsi ilə bağlı araşdırma elan edib. Departament həmçinin əlavə edib ki, digər təqsirləndirilən şəxslərin əməllərini araşdıracaqlar və onlara hüquqi qiymət veriləcək.

...KazTAG vurğulayır ki, jurnalist Mixail Kozaçkov bundan əvvəl vəziyyətə diqqət çəkib. O, rusları təhqir edən, onları “alaq otları” adlandıran və onlarsız özünü daha yaxşı hiss edəcəyini söyləyən bir qızın TikTok-unu yayımlayıb.

Qeyd edilir ki, həmin Maral Jalelova adlı Almatı sakini Hitlerə “krasavçik”, II Dünya Müharibəsi illərində SSRİ uğrunda döyüşən qazaxları isə “vatnik” (Rusiyadakı müasir siyasi rejimi, onun daxili və xarici siyasətini dəstəkləyən insanlar üçün mənfi rəngli ləqəb-A.B.) adlandırıb.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə