Polşalıların 70 faizi Ukraynadakı vəziyyəti Polşa üçün təhlükə hesab edir
...Ukraynada mövcud vəziyyətin Polşanın suverenliyinə və müstəqilliyinə təhlükə yaratdığını ölkə əhalisinin 70 faizi, 30 faizi isə təhlükənin əhəmiyyətsiz və ya mövcud olmadığını iddia edir.
SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, bu, Polşa Baş Statistika İdarəsinin iyul ayında Polşa Respublikasında ictimai əhval-ruhiyyə ilə bağlı məlumatlarıdır.
Qeyd olunur ki, polyakların 30,1 faizi Ukraynadakı mövcud vəziyyətlə bağlı ölkənin təhlükəsizliyinə təhlükəni çox böyük, 39,9 faizi isə orta səviyyədə hesab edir. Bununla yanaşı, respondentlərin 23,8 faizi bu təhlükənin əhəmiyyətsiz olduğuna əmindir,.. 6,2 faizi isə belə təhlükə görmür. Polşalıların 73,4 faizi əmindir ki, Ukraynadakı mövcud vəziyyət Polşa Respublikasının iqtisadi vəziyyətini təhdid edir.
Eyni zamanda, 29,7 faiz üçün bu təhlükə əhəmiyyətli, 43,7 faiz üçün orta, 26,6 faiz isə əhəmiyyətsiz və ya tamamilə yox hesab edir.
Əli Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB