...Ukraynadakı vəziyyətlə bağlı qondarma “ikinci trek”in təmasları Moskva və Vaşinqton tərəfindən aparılıb. Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib ki, politoloqların iştirak etdiyi danışıqlar reklam olunmayıb.
Rusiyalı nazir izah edib ki, bir-birini tanıyan və hökumətlərinin siyasətini başa düşən politoloqlar görüşüblər. Lavrov deyib ki, bu təmaslar zamanı rusiyalı ekspertlər amerikalı həmkarlarına sual veriblər ki, ABŞ Ukraynada rus dilini qadağan edən qanunların Kiyevin ləğvi ilə bağlı gələcək razılaşmalara daxil edilməsini dəstəkləyəcəkmi?
ABŞ nümayəndələri cavab veriblər ki, onlar Ukraynanın daxili işlərinə qarışmırlar.
SİA TASS-a istinadən xəbər verir ki, bu məsələləri Kiyev özü həll edəcək, Lavrov Nyu-Yorka BMT Təhlükəsizlik Şurasına səfərindən sonra keçirilən mətbuat konfransında amerikalıların cavabına istinad edib.
Əli Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB