...Çərşənbə günü məhkəmə Moskva Mədəniyyət İdarəsinin keçmiş rəhbəri Aleksandr Kibovskinin həbsinə qərar verib. SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bu barədə RİA Novosti yazıb.
...İstintaqın vəsatəti təmin edilib və Kibovski barəsində sentyabrın 16-dək həbs qətimkan tədbiri seçilib.
Hakim İrina Zorina qərarı elan edib.
Bundan əvvəl iyulun 17-də İstintaq Komitəsi məlumat vermişdi ki, Kibovski səkkiz rüşvət almaqda, həmçinin bir dələduzluğa cəhddə ittiham olunur.
Xatırladaq ki, Aleksandr Kibovski 2010-cu ilin noyabrından paytaxt hökumətində çalışıb.
Belə ki, o, 2015-ci ildən 2023-cü ilin sentyabrına qədər şəhərin mədəniyyət şöbəsinə rəhbərlik edib.
Çərşənbə günü günortadan sonra Kibovskinin işinin məhkəməyə getdiyi məlum olub.
...Və istintaq onun həbsini istəyib.
Əli Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB