Maryino sakinləri bir sıra güclü partlayışlar barədə məlumat veriblər
...“Diqqət, Moskva” Telegram kanalı hadisə şahidlərinə istinadən xəbər verir ki, paytaxtın Maryino rayonunda üç partlayış baş verib. Şahidlərin sözlərinə görə, yüksək səslərdən sonra Donetska və Pererva küçələrinin kəsişməsində yanğın başlayıb.
Yerli sakinlərin verdiyi məlumata görə, yanğın “KAMAZ” markalı avtomobili əhatə edib. Hadisə şahidlərinin təqdim etdiyi kadrlarda hadisə yerindən səmaya qalxan qalın tüstü sütunu görünür. Həmçinin videoda, ehtimal ki, hadisə yerinə gedən təcili xidmət sirenləri eşidilir.
Xatırladaq ki, bundan əvvəl Moskvada Presnenski Valda Təhsilin Rəqəmsallaşdırılması Mərkəzinin binası yanıb. Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən NEWS.ru-ya verilən məlumata görə, yanğın 1 saylı evdə baş verib və ona artan mürəkkəblik dərəcəsi verilib.
Əli Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə