Fələstin Səhiyyə Nazirliyi bəyanat yaydı

İsrail ordusunun 2023-cü il oktyabrın 7-dən etibarən Qəzza zolağına təşkil etdiyi hücumlar nəticəsində ölənlərin sayı 38 794 nəfərə yüksəlib

İsrail ordusunun 2023-cü il oktyabrın 7-dən etibarən Qəzza zolağına təşkil etdiyi hücumlar nəticəsində ölənlərin sayı 38 794 nəfərə yüksəlib. SİA bu barədə Türkiyə saytlarına istinad edir.

Qəzzadakı Fələstin Səhiyyə Nazirliyindən verilən açıqlamada İsrailin Qəzza zolağına 285 gündür təşkil etdiyi hücumlarla bağlı məlumat verilib.

Açıqlamada İsrail ordusunun Qəzza zolağında sutka ərzində törətdiyi hücumlarda daha 81 fələstinlinin həyatını itirdiyi, 198 fələstinlinin isə yaralandığı bildirilib.

Hücuma məruz qalanların bir qisminin hələ də dağıntılar altında olduğu, Qəzzadakı təcili tibbi yardım maşınları və mülki müdafiə dəstələrinin bu şəxslərin olduğu bölgəyə daxil ola bilmədiyi bildirilib.

İsrailin oktyabrın 7-dən etibarən Qəzza zolağına təşkil etdiyi hücumlarda ölənlərin sayının 37 794-ə, yaralıların sayının isə 89 364 nəfərə yüksəldiyi qeyd edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə