Xarkov vilayətində 700-dən çox enerji obyekti məhv edilib

Bəzi ərazilərdə səkkiz saatdır işıq yoxdur

Rusiya Silahlı Qüvvələrinin Xarkov vilayətinə endirdiyi zərbələr nəticəsində 700-dən çox enerji obyekti dağıdılıb və zədələnib.

Regional hərbi idarənin rəisi Oleq Sinequbovun sözlərinə görə, səkkiz min kilometrdən çox elektrik şəbəkəsi də zədələnib.

Kiyevin nəzarətində olan səlahiyyətlilərə görə, Xarkov vilayətində işıqların kəsilməsi qrafiki qüvvədədir. Bəzi ərazilərdə səkkiz saat və ya daha çox elektrik enerjisi yoxdur.

Səlahiyyətlilər dağıdılmış obyektləri “maksimum dərəcədə” bərpa edəcəyinə söz verir. Kreml bundan əvvəl Xarkov vilayətində təhlükəsizlik zonası yaradıldığını bəyan edib. Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskovun sözlərinə görə, rus qoşunlarının əməliyyatı uğurla başa çatana qədər davam edəcək.

...Hə, deyim ki, SİA bu barədə rus saytlarına istinad edir.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə