Aİ məhkəməsi TikTok-a qarşı qərar verib

Aİ məhkəməsi TikTok-a qarşı qərar verib

Avropa İttifaqının (Aİ) Baş Məhkəməsi Çinin ByteDance şirkətinin əsas tərəfdaşı olduğu TikTok-un Birlik tərəfindən “qapı gözətçisi” kimi təsnif edilməsinə etirazını rədd edib. SİA xarici mətbuata istinadən xəbər verir ki, rəqəmsal platformaların fəaliyyətində dəyişikliklərə səbəb olan ötən il təsdiqlənən Aİ qanununa əsasən Avropada fəaliyyət göstərən böyük rəqəmsal platformalar və şirkətlər “qapıçılar” adlandırılıb və onlara ciddi öhdəliklər qoyulmağa başlayıb.

Bu kontekstdə TikTok "Çox Böyük Onlayn Platforma" olaraq təyin olunub və AB tərəfindən "qapı gözətçisi" kimi təsnif edilib.

Bu şəkildə təsnif edilən platformalar rəqabəti artırmaq, istehlakçılara daha çox seçim imkanı vermək, qeyri-qanuni və zərərli məzmunun yayılmasının qarşısını almaq kimi bir neçə ciddi qaydalara uyğun olmalıdır.

Müəllif: Söylü Ağazadə

Bütün xəbərlər Facebook səhifəmizdə