...Deyilənlərə görə, Rusiyada Qərbin əleyhdarlarının qəbul etdiyi ən sevimli tezislərdən biri... “Yuqoslaviyadakı müharibə zamanı cinayətlərə görə yalnız serblər mühakimə olunur”- deyimidir(?).
Təbii ki, burada heç bir qeyri adilik axtarmağa lüzum yoxdur. Çünki ruslar serblərin törətdikləri əməllərdə onların haqlı və ya haqsız olmalarının fərqinə “məhəl qoymadan”, həmişə serblərə qahmar çıxıblar.
Təbii ki, bu ayrı bir yazının mövzusu ola bilərdi, amma...
...Amma bu günlərdə Qaaqada baş tutan məhkəmə bir daha təsdiq etdi ki, milliyyətindən asılı olmayaraq nə vaxtsa cinayət törətmiş hər kəs...əvvəl-axır mühakimə olunacaq.
...Deməli, Kosovodakı cinayətlərin araşdırılması üzrə Haaqadakı Xüsusi Tribunal Kosovo Azadlıq Ordusunun keçmiş komandanı Pietru Şala 18 il həbs cəzası verib.
Deyilənlərə görə, o, 1999-cu il mayın 17-dən iyunun 5-dək törədilmiş üç hərbi cinayətdə (18 nəfərin özbaşına saxlanması və işgəncələrə məruz qalması, habelə məhbuslardan birinin öldürülməsi- A.B.) təqsirli bilinib.
Şala 2021-ci ildə Belçikada həbs edilib, dinləmələr üç il davam edib və indi hökm çıxarılıb. Deyəsən, əsrin dörddə biri keçib deyə, müharibə cinayətkarları hər şey “unudulub” düşüncəsiylə “dincələ bilərlər”?
Amma, demə belə deyilmiş, yəni heç nə unudulmayıb. Şalanın cəzasının əhəmiyyəti ondan ibarətdir ki, heç bir hərbi cinayətkar özünü rahat hiss etməməlidirlər. Belə ki, vaxtilə cinayət törədənlər üçün də heç bir məhdudiyyət müddəti olmayacaq.
...Təbii ki, bunu erməni cinayətkarları Serjik Sərkisyana, Robert Köçəryana daha nə bilim hansısa yanlara da şamil etmək olar.
İstisna etmirəm ki, “həmən saatdan” onlar üçün də gələcək..?
Əli Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə