Məlum olub ki, buzlaqların sürətlə əriməsi nəticəsində artan temperaturlar Yerin fırlanma sürətinə də təsir edir. SİA xarici mətbuata istinadən xəbər verir ki, günlər uzanır və mütəxəssislər internetdə problemlər ola biləcəyi barədə xəbərdarlıq edirlər.
Alimlərin yeni araşdırması iqlim dəyişikliyinin Yerin fırlanma sürətinə də təsir etdiyini ortaya çıxarıb. ABŞ, İsveçrə və Kanadadan olan tədqiqatçılar buz təbəqələrinin əriməsi ilə artan temperaturun planetin fırlanma sürətinə təsirini araşdırıblar. "Proceedings of the National Academy of Sciences" jurnalında dərc olunan araşdırma çərçivəsində 1900-cü ildən bəri Qrenlandiya və Antarktidada buzlaqların əriməsi ilə bağlı məlumatlar araşdırılıb. Tədqiqat müəyyən etdi ki, buz təbəqələri əridikcə ekvator ətrafındakı suyun kütləsi artır və bu da Yerin daha "düzləşməsinə" səbəb olur və onun fırlanma sürətini yavaşladır. Bu vəziyyətin günlərin uzanmasına səbəb olduğu qeyd edilib. 1900-2000-ci illər arasında Yerin fırlanma sürəti əsrdə 0,3-1 millisaniyə azaldığı halda, 2000-ci ildən sonra bu sürət 1,3 millisaniyəyə yüksəlmişdir.
Tədqiqatçılar önümüzdəki illərdə bu yavaşlama sürətinin 1 millisaniyə civarında olacağını və istixana qazı emissiyaları azalmasa, 2100-cü ilə qədər 2,6 millisaniyəyə qədər arta biləcəyini və günün uzunluğuna təsir edə biləcəyini qeyd ediblər. Bu dəyişikliyin internet tıxacına, maliyyə əməliyyatlarına və GPS sistemlərinə təsir göstərə biləcəyi də bildirilib. Zamanın ölçülməsinin son dərəcə dəqiq atom saatları ilə edildiyi və bir günün dəqiq müddətinin ayın hərəkəti və iqlim təsirləri kimi faktorlara görə dəyişə biləcəyi vurğulanıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB