İvanişvili Ukraynadakı münaqişənin nə vaxt bitəcəyini deyir..?

İvanişvili Ukraynadakı münaqişənin nə vaxt bitəcəyini deyir..?

...Hakim “Gürcü arzusu - Demokratik Gürcüstan” partiyasının təsisçisi və fəxri sədri Bidzina İvanişvili, Ukraynadakı münaqişənin bir ildən tez bitməyəcəyini deyib.

SİA xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

O, bu barədə partiyanın seçki kampaniyasının rəsmi açılışı zamanı bildirib. Onun fikrincə, münaqişənin sona çatmasına ABŞ-da keçirilən prezident seçkilərinin nəticəsi təsir göstərə bilər.

...Ukraynada gedən müharibə bir ildən gec olmayaraq başa çatacaq və əgər respublikaçılar Amerikada prezident seçkilərində qalib gəlsələr, müharibə yanvarda bitə bilər. Bunu İvanişvili bildirib.

O, həmçinin əlavə edib ki, Ukrayna münaqişəsinin başa çatması Gürcüstanın qlobal siyasi arenadakı mövqeyinə müsbət təsir göstərəcək.

İvanişvili hesab edir ki, bu halda Tbilisi ilə Qərb ölkələri arasında anlaşılmazlıq aradan qalxacaq, sonra isə Avropa İttifaqı və ABŞ-ın Gürcüstana münasibətdə maraqları dəyişəcək.

Bundan əvvəl “The New York Times” yazıb ki, Ukrayna sülh danışıqları yolu ilə hərbi əməliyyatlara son qoymağı planlaşdırır.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə