Rostov AES-də nasazlıq yaranıb..?

Məhdudiyyətlər Stavropol, Krasnodar və Krımın bir hissəsini əhatə edib
Rostov AES-də nasazlıq yaranıb..?

...Enerji təchizatında müvəqqəti məhdudiyyətlər Stavropol diyarının bəzi hissələrinə, o cümlədən Qafqaz Mineral Suları kurort bölgəsinə təsir edib.

Regionun qubernatoru Vladimir Vladimirovun sözlərinə görə, istehlak 140 MVt-a qədər məhdudlaşdırılıb və bir neçə ərazidə hətta abonentlər kəsilib.

Elektrik enerjisinin verilişinin bərpasının təxmini vaxt dəqiq bilinmir?

...Krasnodarda elektrik enerjisinin müvəqqəti kəsilməsi enerji sisteminin 40 faizinə təsir edib. Transformator yarımstansiyalarının xətlərinin zədələnməsi səbəbindən şəhərin Prikubanski və Qərb rayonlarında 100 küçənin sakinləri müvəqqəti olaraq işıqsız qalıb.

Qeyd edilir ki, enerji təchizatı ilə bağlı problemlər Krımdan da bildirilib.

...Yaranan problemlərin səbəbi Rostov AES-də generasiya avadanlığının nasazlığı olub. “Rosatom”un verdiyi məlumata görə, enerji bloku turbogeneratorda yaranan problemlərə görə avtomatlaşdırma vasitəsi ilə söndürülüb.

SİA "İnterfaks"-a istinadən xəbər verir ki, səbəblər aydınlaşdırılır, radiasiya fonu hələ ki, normaldır.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə