...Belarusda uşaq övladlığa götürmək istəyən kişilər indi bir məhdudiyyəti - aralarındakı yaş fərqini nəzərə almalı olacaqlar.
SİA-nın Belarus saytlarından əldə etdiyi məlumata görə, yenilik barədə Ədliyyə Nazirliyinin notariat və reyestr idarələri şöbəsinin müdiri Tatyana Saşçeko məlumat verib.
O, bildirib ki, Lukaşenko “Nikah və ailə münasibətlərinin tənzimlənməsi haqqında qanunlara dəyişikliklər edilməsi haqqında” qanunu imzalayıb və bu qanunla “Nikah və ailə haqqında” məcəllədə dəyişiklik edilib. Yeniliklərdən biri də yetkinlik yaşına çatmayan uşağı könüllü övladlığa götürmək istəyəndə ata ilə uşaq arasında yaş fərqinin məhdudlaşdırılmasıdır.
Bu fərq ən azı 15 il olmalıdır.
...Saşşenkonun sözlərinə görə, Belarusun vətəndaşlıq qeydiyyatı şöbəsi artıq bir neçə dəfə belə bir vəziyyətlə üzləşib ki, “uşağın doğulduğu zaman atanın doqquz və ya on yaşı var idi, bu, absurddur”.
Bununla əlaqədar olaraq məhdudiyyət tətbiq etmək qərarına gəliblər.
Əli Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB