Çexiya Ukraynada sursat və avtomatlar istehsalına başlayacaq

Çexiya Ukraynada sursat və avtomatlar istehsalına başlayacaq

...Çexiyanın “Colt CZ” şirkəti Ukraynada patron və avtomatlar istehsalına başlayacaq.

SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, bunu Ukraynanın baş naziri Denis Şmıxal Çexiyanın baş naziri Petr Fiala ilə görüşdən sonra Praqada keçirdiyi brifinqdə deyib. …Ukraynada yeni patron zavodu tikiləcək. Müqavilə Sellier & Bellot və Ukroboronservis arasında imzalanıb. Bu, indi ordumuza dəstək vermək üçün vacibdir və müdafiə sənayemizlə əməkdaşlığa yüksək səviyyədə marağı nümayiş etdirir. İkinci razılaşma “Colt CZ” avtomatlarının Ukraynada istehsalıdır. Bu, “Ceska zbrojovka” ilə Ukraynanın müvafiq müəssisəsi arasında müqavilədir.

Bunu Şmıqal bildirib.

…2024-cü ilin fevral ayında dövlət holdinqi Ukrayna Müdafiə Sənayesi (UOP) və “Ceska zbrojovka” a.s. Ukraynada CZ BREN 2 yarı avtomatik hücum tüfənglərinin istehsalı üçün lisenziyanın verilməsi niyyəti haqqında saziş imzalayıb.

Ukrayna ordusu artıq CZ BREN 2-dən istifadə edir və bu tüfənglər Çexiya, Portuqaliya orduları, Fransa milli jandarmeriyasının əməliyyat qrupu, Polşa sərhəd xidməti və Rumıniya jandarmeriyası ilə xidmətdədir.

Hər iki şirkət – “Ceska zbrojovka” və Sellier & Bellot – Colt CZ qrupunun bir hissəsidir.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə