Macarıstan Aİ-də səs hüququndan məhrum edilsin..?

...Avropa Parlamentinin 63 üzvündən ibarət qrup Macarıstanın baş nazir Viktor Orbanın sülh təşəbbüslərinə görə hazırda sədrlik etdiyi Avropa İttifaqı Şurasında səsvermə hüququndan məhrum edilməsini istəyib.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bu barədə “Politico” yazıb.

Nəşr qeyd edir ki, Avropa Parlamentinin deputatları müvafiq mesajı Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyen, Avropa Şurasının rəhbəri Şarl Mişel və Avropa Parlamentinin rəhbəri Roberta Metsola göndəriblər.

İddia olunur ki, Orbanın “Avropa İttifaqı Şurasına sədrlik vəzifəsindən sui-istifadə edərək ciddi ziyan vurub”.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə