Rusiyada gizli və sehrli xidmətlər qanunvericilik səviyyəsində qadağan edilməlidir. TASS xəbər verir ki, bunu Rus Pravoslav Kilsəsinin (ROK) Ailə məsələləri, analıq və uşağın qorunması üzrə Patriarxal Komissiyasının sədri, keşiş Fyodor Lukyanov deyib.
SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, Lukyanov Rusiya Federasiyası İctimai Palatasında keçirilən konfransda belə bir təkliflə çıxış edərək, Rusiya Dövlət Humanitar Universitetində ezoterizm üzrə magistr proqramına da diqqət çəkib.
Əli Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə