Moldova Rusiyanı milli təhlükəsizliyə əsas təhlükə hesab edir...

Moldova Rusiyanı milli təhlükəsizliyə əsas təhlükə hesab edir...

Moldova hökuməti yeni Milli Müdafiə Strategiyasını qəbul etmək və Rusiyanı ölkənin təhlükəsizliyinə əsas təhdid elan etmək niyyətindədir. Newsmaker portalı sənədi nəzərdən keçirib.

Nəşr strategiyanın mətnindən çıxarış təqdim edir:

...Moskva tərəfindən Moldova sərhədlərinə hərbi quru dəhlizinin yaradılması ölkənin konstitusiya quruluşuna və dövlətçiliyinə birbaşa təhlükə yaradar.

Sənədə əsasən, tanınmamış Dnestryanı Moldova Respublikasının ərazisində yerləşən Rusiya sülhməramlıları Kişinyov üçün də təhlükə yaradır. Bölmənin sonunda Rusiya respublika üçün ekzistensial təhlükə adlandırılır.

Bundan əvvəl Moldova prezidenti Maia Sandu respublikanın Avropa İttifaqına üzvlüyü ilə bağlı danışıqların başlanmasını alqışlayıb və bəyan edib ki, gələcəkdə Kişinyov mütləq ittifaqın bir hissəsi olacaq. Respublika rəhbəri, həmçinin Avropa Komissiyasının sədri Ursula fon der Lyayenə göstərdiyi dəstəyə görə minnətdarlığını bildirib.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə