Moldova Ukraynaya elektrik enerjisinin verilməsini dayandırıb

Moldovanın Moldelectrica şirkəti anomal istilər səbəbindən Ukraynaya elektrik enerjisinin verilməsini müvəqqəti dayandırıb.

SİA-nın əldə etdiyi məlumata görə, RİA Novosti bu barədə şirkətin sosial şəbəkələrdəki mesajına istinadən xəbər verir.

Bildirilir ki, tədarükün dayandırılması iyulun 21-dək qüvvədə olacaq. Şirkətin izah etdiyi kimi, bu qərar Moldovanın özündə anomal istilər səbəbindən baş verən elektrik enerjisi istehlakının artması ilə əlaqədar qəbul edilib.

Bundan əlavə, istilik keçiricilərin həddindən artıq istiləşməsinə və ötürmə qabiliyyətinin azalmasına səbəb olur.

…Moldelectrica bildirir ki, milli elektrik sisteminin imkanları məhduddur. Belə ki, iyulun 12-dən iyulun 21-dək olan müddətdə Moldova və Ukrayna sərhədində kommersiya birjalarının gücü hər iki istiqamətdə 0 meqavatla məhdudlaşdırılıb.

Şirkətin məlumatında belə bildirilir.

Bundan əvvəl Kiyev Şəhər Şurasının katibi Vladimir Bondarenko, Kiyevin enerji böhranına hazırlaşdığını bildirmişdi.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə