Birləşmiş Millətlər Təşkilatının (BMT) üzvləri Myanmada artan zorakılıq halları ilə bağlı xəbərdarlıq ediblər.
SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, Amerika Birləşmiş Ştatlarının BMT-dəki daimi nümayəndəsinin müavini Robert Vud üzvlər adından açıqlama verib.
Myanmada 2021-ci ildə baş verən çevrilişdən sonra humanitar yardıma ehtiyacı olan insanların sayının 1 milyondan 18,6 milyona yüksəldiyini qeyd edən Vud artan zorakılığa görə narahat olduğunu bildirib.
Beynəlxalq insan haqları qanunlarının pozulduğuna dair xəbərlərin olduğuna diqqət çəkən R.Vud Myanmada humanitar böhranın dərinləşdiyini bildirib.
Bölgədə artan zorakılıq halları ilə bağlı xəbərdarlıq edən Robert Vud Myanma rejiminin” Rohinca müsəlmanları da daxil olmaqla, köçkünlərdən canlı qalxan kimi istifadə etdiyini bildirib.
Bütün xəbərlər Facebook səhifəmizdə