40 ölü: Güclü yağışlar bu ölkədə can almaqda davam edir

40 ölü: Güclü yağışlar bu ölkədə can almaqda davam edir

Əfqanıstanın Nanqarhar əyalətində güclü yağışın səbəb olduğu sel nəticəsində 40 nəfər həyatını itirib, 347 nəfər yaralanıb. SİA xarici mətbuata istinadən xəbər verir ki, Əfqanıstanın şərqindəki Nanqarhar əyalətində yağan güclü yağış daşqınlara səbəb olub.

Böyük dağıntılar vilayətin mərkəzində, Pakistanla sərhəddə yerləşən Cəlalabad şəhərində, Sux Rod bölgəsində və qonşu ərazilərdə baş verib.

Səhiyyə Nazirliyindən verilən açıqlamada 40 nəfərin öldüyü, 347 nəfərin yaralandığı açıqlanıb. Yaralıların müalicəsi üçün seldən zərər çəkmiş ərazilərə təcili tibbi yardımların göndərildiyi, can itkisinin artacağı bildirilib.

Əfqanıstanda may ayından bəri davam edən leysan yağışları və daşqınlar nəticəsində 400-dən çox insan həyatını itirib, minlərlə insan evsiz qalıb.

Müəllif: Söylü Ağazadə

Bütün xəbərlər Facebook səhifəmizdə