Bursada magistral yolu keçən piyadanı motosiklet vurub. SİA xarici mətbuata istinadən xəbər verir ki, 3 nəfərin yaralandığı qəza təhlükəsizlik kamerasına düşüb.
Hadisə səhər saat 08:00 radələrində Bursa-Ankara avtomobil yolunun Kalburt məntəqəsində baş verib. Dəniz Y.-nin (25) idarə etdiyi 16 BDM 018 nömrə nişanlı motosiklet yolu keçmək üçün gözləyən Seyfəddin İ (18) tərəfindən vurulub. Seyfəddin İ. Motosiklet sürücüsü Dəniz Y. və arxasında oturan Ruslan K.-nin (23) yaralandığı qəza ətrafdakı iş yerinin təhlükəsizlik kamerasına düşüb.
Görüntülərdə motosikletdə olan iki nəfərin yolu keçən piyadanı vuraraq yola tullandığı, yüngül xəsarət alan piyadanın isə motosikletdəkilərin köməyinə qaçdığı görünür.
Xəbər üzərinə hadisə yerinə sövq edilən sağlamlıq qruplarının ilk müdaxiləsindən sonra yaralılar İnegöl Dövlət Xəstəxanasına qaldırılıblar. Qəza ilə bağlı araşdırmalara başlanılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə