İqlim böhranı hər günün uzunluğunu artırıb

İqlim böhranı hər günün uzunluğunu artırıb. SİA xarici mətbuata istinadən xəbər verir ki, qütb buzlaqlarının əriməsi planetin fırlanmasını ləngidir və günlərin uzanmasına səbəb olur.

Bu, internet trafiki, maliyyə əməliyyatları və GPS naviqasiyası kimi dəqiq vaxt tələb edən sistemlərə potensial təsir göstərə bilər.

Bildirilib ki, insanların yaratdığı qlobal istiləşmə səbəbiylə Qrenlandiya və Antraktidada buz təbəqələrinin əriməsi yüksək enliklərdə yığılan suyun ekvator yaxınlığındakı dənizlərə yenidən paylanmasına səbəb olur. Bu, Yerin fırlanma sürətini yavaşladıb və günləri daha uzun edib.

Bütün xəbərlər Facebook səhifəmizdə