Türkiyənin 27 vilayətində əməliyyat keçirilib - saxlanılanlar var

Türkiyədə Fetullah Gülen terror təşkilatı (FETÖ) ilə əlaqəsi olan şəxslərə qarşı genişmiqyaslı əməliyyat keçirilib. SİA xəbər verir ki, bu barədə ölkənin daxili işlər naziri Ali Yerlikaya bildirib.

Onun sözlərinə görə, “Kıskaç-22” kod adı ilə aparılan əməliyyat artıq dörd gündür davam edir:

"Əməliyyat Ankara, İzmir, Antalya və Bursa da daxil olmaqla, ölkənin 27 vilayətini əhatə edib. FETÖ ilə əlaqədə şübhəli bilinən 74 şəxs saxlanılıb".

Nazir bildirib ki, saxlanılan şəxslər arasında Gülen terrorçuları tərəfindən fəal istifadə edilən ByLock şifrələnmiş informasiya mübadiləsi proqramının istifadəçiləri də var.

Bütün xəbərlər Facebook səhifəmizdə