ABŞ-da Respublikaçılar Partiyası prezident seçkilərində Trampı namizəd kimi seçib

ABŞ-da Respublikaçılar Partiyası 5 noyabr prezident seçkilərində namizəd olaraq Donald Trampı seçib. SİA xəbər verir ki, bu barədə CNN məlumat yayıb.

Bu barədə partiyanın Miluoki şəhərində keçirilən Milli Konqresində qərar qəbul edilib.

Keçmiş prezidenti Respublikaçılar Partiyasının prezidentliyə namizədi olmaq üçün yetərincə səs toplayıb. Tramp 2017-2021-ci illərdə ABŞ-nin prezidenti olub.

Bütün xəbərlər Facebook səhifəmizdə