Rusiyanın müharibədəki itkiləri növbəti rekorda imza atıb

Və müharibənin bütün dövrü üçün ən yüksək dəyərlərə çatıb

...Rusiya son 60 gündə rekord itki verib, yəni 70 000 əsgər itirib və hər gün 1000-dən çox itki verəcəyi də proqnozlaşdırılır.

SİA xarici qaynaqlara istinadən xəbər verir ki, bu məlumatı Britaniya kəşfiyyatının məlumatlarına istinadən UK Defence Journal və The Telegraph nəşr edib.

Böyük Britaniya Müdafiə Nazirliyi bildirir ki, ən çox itkilər Xarkov cəbhəsindəki döyüşlərlə bağlıdır və Rusiyanın Ukrayna cəbhə xəttində qazanc əldə etməyə çalışdığı bir vaxtda davam edəcək.

Hesabatda deyilir ki, 2024-cü ilin may və iyun aylarında Ukraynada rusların orta gündəlik itkiləri (ölən və yaralananlar) münaqişənin bütün dövrü üçün ən yüksək həddə çatdı – müvafiq olaraq 1262 və 1163”.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə