Sui-qəsddən sonra Tramp Respublikaçılar Konqresi üçün çıxışını dəyişdirir..?
...Sui-qəsd cəhdindən sonra Donald Tramp Respublikaçıların Milli Qurultaydakı çıxışını dəyişmək qərarına gəlib.
SİA-nın əldə etdiyi məlumata görə, bu barədə “New York Post” yazıb.
İndi o, çıxışı zamanı ölkənin birləşməsinə çağırış edəcək. Qeyd edək ki, onun rəsmən partiyanın ABŞ prezidentliyinə namizəd olacağı Respublikaçılar Partiyasının qurultayı gələn cümə axşamına təyin edilib.
Keçmiş prezident qəzetə bildirib ki, o, əvvəlcə “son dərəcə sərt çıxış” hazırlamışdı, lakin fərqli yanaşmadan “imtina edib”.
...Ölkəmizi birləşdirməyə çalışmaq istəyirəm. Amma bunun mümkün olub-olmadığını bilmirəm. İnsanlar çox bölünür.
Tramp deyib.
...Mən korrupsioner, dəhşətli administrasiya haqqında çox sərt, həqiqətən yaxşı bir çıxış hazırladım. Amma mən onu atdım.
Bunu da Tramp deyib.
Nəşr xatırladır ki, Pensilvaniyada keçirilən mitinqdə silahlı şəxs kürsüdə çıxışı zamanı keçmiş dövlət başçısına atəş açıb. Nəticədə açılan atəş nəticəsində tamaşaçılardan biri ölüb, ikisi isə yaralanıb. Trampın özü isə yüngül xəsarətlə xilas olub.
...Tramp özü izah edib ki, immiqrasiya və transgender amerikalılara diqqət yetirmək ölkədəki parçalanmaları sağaltmağı çətinləşdirə bilər.
...Bəziləri sərhədlərin açılmasını istəyir, bəziləri isə istəmir. Bəziləri kişilərin qadın idman komandalarında oynaya bilməsini istəyir, bəziləri isə yox, - deyə o izah edib.
...Yeri gəlmişkən, bazar günü Oval Ofisdən bəyanat verən hazırkı prezident Bayden, milləti birliyə çağırdı və “biz düşmən deyilik”-deyə bildirdi.
Əli Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB