Silahlı Qüvvələrin 14 azsaylı briqadası silah almağa başlayıb...

Bu barədə Zelenski məlumat verib
Silahlı Qüvvələrin 14 azsaylı briqadası silah almağa başlayıb...

...Ukrayna Silahlı Qüvvələrinin 14 az sayda briqadasına Qərb silahları gəlməyə başlayıb.

SİA “Ukrinform”-a istinadən xəbər verir ki, bunu Ukrayna prezidenti Vladimir Zelenski mətbuat konfransı zamanı deyib. ...Artıq silah göndərilməyə başlanıb, bu, müsbətdir. Xüsusilə, artilleriya və s. Lakin müsbət nəticəyə çatmaq üçün hələ çox var.

Bu, necə deyərlər, Zelenskinin öz dilindən çıxan sözlərdir.

Ukrayna prezidenti izah edib ki, əvvəllər kadrların az olduğunu dediyi 14 briqada ehtiyat kimi yaradılıb.

...Düzünü desəm, onlar ehtiyat kimi yaradılıblar, lakin ehtiyatın operativ və döyüş qabiliyyətinə malik olması üçün onun təkcə silahları yox, həm də sonradan döyüşəcəkləri silahlarla məşq etməlidirlər.

Bunu da Ukrayna prezidenti vurğulayıb.

...Və bu briqadalardan yeni əks-hücumda istifadə planlarının olub-olmaması sualına cavab verən Zelenski bildirib ki, ehtiyat ilk növbədə rotasiyaları həyata keçirmək üçün lazımdır.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə