...Vaşinqtondakı NATO liderləri “qətiyyəti” münasibətilə özlərini təbrik edib və Ukraynaya alyansa qoşulmaq üçün hərtərəfli yol xəritəsi təqdim etməmək üçün yeni yollar tapırlar.
...Amma Moskva getdikcə özünə daha çox dost tapır və Qərbin düşdüyü iflic vəziyyətdən öz xeyrinə istifadə edir.
SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bunu “The Times”-ın köşə yazarı Mark Qaleotti yazır.
...Politoloqun fikrincə, Rusiyanı təcrid etmək cəhdləri ən yaxşı halda qismən uğur qazanıb..?
Qaleottinin dediyinə görə, bir ay bundan əvvəl britaniyalı bir diplomat Hindistanın Moskva ilə münasibətlərinin tezliklə fiaskoya uğrayacağını bildirmişdi.
Lakin bazar ertəsi Hindistanın baş naziri Narendra Modi Moskvada oldu, prezident Vladimir Putini qucaqladı və ticarət, eləcə də müdafiə sahəsində əməkdaşlığın genişləndirilməsini müzakirə etdi.
...Bu gün Rusiya ikiüzlü Qərbə qarşı duraraq qlobal Cənubla praqmatik münasibətləri inkişaf etdirməkdə davam edir. Avropada da Rusiyaya qarşı birlik yoxdur. Beləliklə, keçən cümə günü Macarıstanın Baş naziri Viktor Orban Moskvaya səfər etdi - bu, Qaleottinin “Brüssel üçün rüsvayçılıq” adlandırdığı iki ildən artıq müddətdə Avropa liderinin ilk səfəri idi.
Köşə yazarının iddiasına görə, bu gün Qərbdə xaos və yorğunluq yayılır. Ukraynanın hərbi səylərini dəstəkləməyə davam etmək, yoxsa Kiyevi Moskva ilə danışıqlara sövq etmək məsələsində Avropada fikir ayrılığı var.
ABŞ-da isə noyabrda keçiriləcək seçkilər ya Ukrayna ilə bağlı siyasətdən narazı olduğunu açıq şəkildə bildirən Donald Trampın qayıdışını, ya da uduzacağı təqdirdə cəmiyyətin parçalanması və qütbləşməsini gətirəcək.
Bunu da Mark Qaleotti yazır.
Əli Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB