...Krımda iyulun 15-i bazar ertəsi günortadan sonra tüstü sütunu müşahidə olunub. Ehtimal ki, Belbek aerodromunun yaxınlığında yanğın olub.
SİA-nın əldə etdiyi məlumata görə, bu barədə Crimean Wind Telegram kanalı yazıb.
Şahidlərin dediyinə görə, həmən ərazidə nəyin yandığı hələ ki, məlum deyil.
Eyni zamanda, Rusiyayönlü Telegram kanalları Koktebeldə yanğının Qaradağ Təbiət Qoruğunun geniş ərazisini əhatə etdiyini iddia edirlər.
Hadisə yerində yerli xilasedicilər işləyir və ora 150-yə yaxın mütəxəssisin, eləcə də 25 texnika, o cümlədən Rusiya Fövqəladə Hallar Nazirliyinin Mi-8 helikopterinin cəlb olunduğu deyilir.
Yanğın sahəsi 2 hektardır. Xatırladaq ki, rusların təyyarələrinin yerləşdiyi Krımdakı Belbek aerodromuna ukraynalı müdafiəçilər artıq bir neçə dəfə zərbələr endiriblər.
Əli Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB