...Wildberries-in icraçı direktoru, əvvəllər Magnit və X5 Group-da top-menecer vəzifəsində çalışmış Olqa Naumova, təyinatından bir ay sonra şirkət sahibləri ilə hüquq və öhdəlikləri ilə bağlı yaranmış münaqişə səbəbindən şirkəti tərk edib.
SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bu barədə Forbes bir neçə bazar mənbəsinə istinadən yazır.
Bu arada, Wildberries mətbuat xidməti Aleksey Duxanin və İrina Mataçunasın getdiyini də təsdiqləyib, lakin Naumovanın şirkətdə işləməyə davam edəcəyini bildiriblər.
Qeyd edildiyi kimi, Naumovanın özü "şayiələrə şərh verməkdən" imtina edib.
Aleksey Duxanin sualı mətbuat xidmətinə göndərib və İrina Mataçunas isə şərh sorğusuna cavab verməyib.
Əli Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB