Məqsəd üçüncü tərəfləri qorxutmaqdır...

Almaniya ABŞ-ın uzaqmənzilli sistemlərini ölkədə yerləşdirmək məqsədini açıqlayır
Məqsəd üçüncü tərəfləri qorxutmaqdır...

...ABŞ-ın uzun mənzilli sistemlərini Almaniyada yerləşdirməkdə məqsəd üçüncü tərəfləri qorxutmaqdır.

SİA “İzvestiya”-ya istinadən xəbər verir ki, bu sözləri Almaniya hökumətinin spikeri Şteffen Hebestreyt deyib.

Onun sözlərinə görə, bu qərar təhlükələrin səviyyəsinin dəyişməsi ilə bağlıdır.

Hebestreit qeyd edib ki, Berlin hazırda Fransa, Böyük Britaniya və İtaliya da daxil olmaqla, digər Avropa ölkələri ilə yüksək dəqiqlikli uzaqmənzilli sistemlərin hazırlanmasını fəal şəkildə müzakirə edir.

...Biz çəkindirmədən danışırıq, ona görə də onlar çox uzaq məsafəli və yüksək dəqiqlikli olmalıdırlar ki, başqaları Almaniyaya hücum edə biləcəklərini düşünməsinlər.

Bunu deyən spiker, həmçinin Rusiyanı tərksilah mövzusunda dialoqa çağırıb, çünki “yeni silahlanma yarışının mümkünlüyü istisna oluna bilməz”.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə