Volqoqrad vilayətində iştirakçıları uşaqlara atəş açıblar

Belələri artıq adətkar olublar...
Volqoqrad vilayətində iştirakçıları uşaqlara atəş açıblar

...Volqoqrad vilayətinin Serafimoviçski rayonunun Uqolski kəndində cəbhədən qayıdan rus evinin yanından keçən bir qrup uşağa ov silahından atəş açıb.

48 yaşlı müqaviləli əsgər uşaqların musiqiyə qulaq asmasını bəyənməyib.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, hadisə iyulun 12-də baş verib.

...Jurnalistlərin sözlərinə görə, 9-13 yaşlı uşaqlar musiqi səsi ilə küçədə gəzirmişlər. Onlar cəbhədən məzuniyyətə gəlmiş müqaviləli əsgər və onun qardaşının (həmçinin Ukrayna ilə müharibənin keçmiş iştirakçısı) iştirakı ilə ziyafət verilən evin yanından keçəndə hərbçilər küçəyə çıxıblar.

Atəşə məruz qalan uşaqlar qaçmağa çalışıblar. Onların sözlərinə görə, əvvəlcə atışma ara-sıra olub, amma sonra karabindən atışma başlayıb.

Atışma nəticəsində 12 yaşlı uşaq ayağından yaralanıb. O, kəsilmiş-deşilmiş güllə yarası ilə yerli rayon xəstəxanasına yerləşdirilib.

Maraqlıdır ki, bir saat sonra çağırışa gələn polis hərbçilərin evinə girməkdən qorxub.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə