Pletençuk: “Rusiyanın sonuncu patrul gəmisi Krımı tərk etdi...”

Pletençuk: “Rusiyanın sonuncu patrul gəmisi Krımı tərk etdi...”

...Ukrayna Hərbi Dəniz Qüvvələrinin sözçüsü Dmitri Pletençuk bildirib ki, Rusiyanın sonuncu patrul döyüş gəmisi ilhaq edilmiş Krımı tərk edib. Onun sözlərinə görə, gəmi və iki müşayiət kateri Novorossiysk istiqamətində yola düşüb.

Pletençuk bildirib ki, Rusiya Krıma mərmi atılmasından və pilotsuz təyyarələrin hücumundan ehtiyat edərək hərbi gəmilərini köçürür. Onun sözlərinə görə, indi Krımda yalnız sualtı qayıqlar qalıb ki, Rusiya komandanlığı onları daha az həssas olması üçün yarı sualtı vəziyyətdə saxlayır.

O, həmçinin bildirib ki, Rusiya Azov dənizindən və ilk növbədə Mariupol limanından Ukraynanın işğal olunmuş ərazisindən Rusiya limanlarına taxıl və metal ixrac etmək üçün fəal şəkildə istifadə edir. Ukrayna Silahlı Qüvvələrinin məlumatına görə, Azov dənizində Rusiyanın üç hərbi gəmisi var.

Qeyd edək ki, SİA bu barədə Türkiyə saytlarına istinad edir.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə