Böyük Britaniya sammitində Orbanın sülh planı müzakirə oluna bilər

Böyük Britaniya sammitində Orbanın sülh planı müzakirə oluna bilər

Macarıstanın baş naziri Viktor Orban Böyük Britaniyada keçiriləcək Avropa Siyasi Birliyinin sammitində Ukraynaya dair sülh planının müzakirəsinə təşəbbüs göstərə bilər.

SİA-nın əldə etdiyi məlumata görə, RİA Novosti bu barədə Avropa İttifaqındakı mənbəyə istinadən xəbər verir.

Agentliyin həmsöhbəti qeyd edib ki, o, Orbanın sülh planını sammitin kənarında müzakirəyə çıxaracağına əmin deyil, lakin belə bir ehtimala icazə verib.

Həmçinin, onun fikrincə, Macarıstanın baş naziri Vladimir Zelenskinin “sülh formulu”ndan başqa digər təşəbbüslərin müzakirəsi üçün açıq şəkildə təkliflər verə bilər.

Xatırladaq ki, iyunun 17-18-də Londonda Avropa Siyasi Birliyinin növbəti sammiti keçiriləcək.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə