Mozır Neft Emalı Zavodu fəaliyyətini dayandırdı

Mozır Neft Emalı Zavodu fəaliyyətini dayandırdı

...Belarusun Mozır bölgəsində qasırğadan sonra elektrik və su təchizatında problemlər yaranıb. Sakinlər artıq su üçün uzun növbələr gözləyir, rəsmilər isə səbirli olmağa çağırır.

SİA-nın Belarus saytlarından əldə etdiyi məlumata görə, Qomel Vilayət İcraiyyə Komitəsi sədrinin birinci müavini Andrey Baranovski əhalini bir az da səbirli olmağa çağırıb.

O, “ciddi tədbirlər görüldüyünü” bildirib.

Qomel və Belarusun digər vilayətlərinin energetikləri, həmçinin Fövqəladə Hallar Nazirliyinin, mənzil-kommunal təsərrüfatının mütəxəssisləri və inşaatçılar Mozır rayonuna göndərilib. Onlar elektrik xətlərini bərpa edirlər.

Qurum rəsmisi onu da vurğulayıb ki, elektrik təchizatı ilə bağlı problemlər Mozır Neft Emalı Zavodu və Mozyrsol kimi iri müəssisələrə də təsir edib.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə