...Bazar ertəsi, iyulun 15-də Ermənistan və ABŞ “Qartal tərəfdaşı 2024” adlı birgə hərbi təlimlərə başlayıb. Bu barədə Ermənistan Müdafiə Nazirliyi məlumat yayıb. Avropa və Afrikadakı ABŞ ordusunun, eləcə də Kanzas Milli Qvardiyasının üzvlərinin iştirak etdiyi təlim iyulun 24-dək Ermənistanda keçiriləcək.
SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, “Qartal tərəfdaşı 2024” təlimi “sülhməramlı missiyanın bir hissəsi kimi müharibə edən tərəflər arasında sabitləşdirmə tapşırıqlarının” yerinə yetirilməsinə yönəldiləcək.
Təlimin məqsədi beynəlxalq sülhməramlı missiyalarda iştirak edən bölmələrin qarşılıqlı fəaliyyət qabiliyyətini artırmaq, komanda-nəzarət və taktiki rabitə sahəsində qabaqcıl təcrübələri bölüşmək, erməni bölməsinin hazırlığını artırmaqdır.
İyunun 12-də Ermənistanın baş naziri Nikol Paşinyan bildirib ki, onun ölkəsi faktiki olaraq Rusiyanın nəzarətində olan KTMT-dən çıxa bilər.
Əli Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB