Rusiyalı general ev dustaqlığına göndərilib...

Rusiyalı general ev dustaqlığına göndərilib...

Ev dustaqlığına köçürmə: bu qərarı məhkəmə Rusiya Silahlı Qüvvələrinin 58-ci Ordusunun keçmiş komandanı İvan Popovla bağlı qəbul edib.

SİA RİA Novosti-yə istinadən xəbər verir ki, bununla da müstəntiqin vəsatəti təmin edilib.

May ayında məhkəmə Popovun ev dustaqlığına çıxarılması ilə bağlı istintaqın vəsatətini təmin etməkdən imtina edib. Sonra prokurorluq buna qarşı çıxıb.

Qeyd edilir ki, Popov bir qrup şəxs tərəfindən vəzifə səlahiyyətlərindən istifadə edərək xüsusilə külli miqdarda dələduzluqda ittiham olunur.

İstintaqın məlumatına görə, general 2023-cü ildə Zaporojye vilayətinin hərbi-mülki administrasiyası tərəfindən alınmış 1700 tondan çox prokatın oğurlanmasında əli olub.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə