Qatil dəhşəti: O, həyat yoldaşı da daxil olmaqla 42 qadını öldürüb

Qatil dəhşəti: O, həyat yoldaşı da daxil olmaqla 42 qadını öldürüb

Keniyada bir kişi həyat yoldaşı da daxil olmaqla 42 qadını öldürdüyünü etiraf edib. SİA xarici mətbuata istinadən xəbər verir ki, ölkəni silkələyən silsilə qətllərin hökumət əleyhinə son etirazlarla bağlı olduğu iddiası müzakirələrə səbəb olub.

Keniyanın paytaxtı Nayrobidə zibillikdə tapılan cəsədlər aylardır davam edən silsilə qətllərin üstünü açıb. Şübhəli bilinən 33 yaşlı Collins Jumaisi bu səhər Nayrobinin cənubundakı Mukuru rayonunda saxlanılıb. Cumaisi ifadəsində həyat yoldaşı da daxil olmaqla 42 qadını öldürdüyünü etiraf edib.

Polis rəisi Amin Mohamed bölgədəki zibillik sahəsində 9 cəsədin tapıldığını ifadə edərək deyib: "Aydındır ki, psixopatik bir qatillə qarşı-qarşıyayıq". Muhamed deyib ki, Cumaisi polisə öldürdüyü 42 qadının cəsədini burada basdırdığını deyib.

Polisin məlumatına görə Cumaisi 2022-ci ildə həyat yoldaşı ilə başladığı qadın qətllərinin sonuncusunu iyulun 11-də edib. Həmçinin qeyd olunub ki, onun qurbanlarının əksəriyyətinin əzaları amputasiya olunub.

Qatilin evindən qurbanları kəsmək üçün istifadə edilən bıçaqlar, çantalar və lentlər, bir neçə mobil telefon və şəxsiyyət vəsiqəsi tapılıb.

Bu arada bəzi kənd sakinləri qətlə yetirilən qadınların bir müddət əvvəl hökumət əleyhinə nümayişlərə qatılan gənc qadınlar olduğunu düşünürlər.

Müəllif: Söylü Ağazadə

Bütün xəbərlər Facebook səhifəmizdə