İspaniya-İngiltərə kubokunun finalını izləyərkən ürəyinə məğlub oldu
Futbol üzrə Avropa Çempionatı kubokunun finalında İspaniya ilə İngiltərə arasında keçirilən oyuna baxmaq üçün işdə qalan 64 yaşlı Məsut Özmer infarkt nəticəsində dünyasını dəyişib. SİA xarici mətbuata istinadən xəbər verir ki, o, qonşuların yanından keçərkən yerə yıxılıb. Hərəkətsiz yatan Özmer üçün təcili yardım çağırılıb. Hadisə yerinə gələn sağlamlıq qrupları Özmerin öldüyünü müəyyən ediblər.
İlkin təsbitlərə görə infarkt keçirdiyi ehtimal edilən Məsut Özmerin cəsədi Ədliyyə Tibb Morquna aparılıb və polis hadisə ilə bağlı araşdırma başladıb.
Müəllif: Söylü Ağazadə
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB