Ərdoğanın qaldığı oteldə 15 iyulun izləri hələ də görünür

Ərdoğanın qaldığı oteldə 15 iyulun izləri hələ də görünür

Muğlanın Marmaris rayonunda 15 iyul çevriliş cəhdi zamanı FETÖ-cü əsgərlərin basqın etdiyi 5 ulduzlu Turban Grand Yazıcı oteli həmin gecənin izlərini daşıyır. SİA xarici mətbuata istinadən xəbər verir ki, Marmaris şəhər mərkəzinə 8 kilometr aralıda Turbanda yerləşən oteldə prezident Rəcəb Tayyib Ərdoğanın iş ofisi olaraq istifadə etdiyi otaq və şəhid mühafizə polisi Mehmet Çətinin qaldığı otaq 8 il əvvəl olduğu kimi qorunub saxlanılıb.

Otelin sahibi, turizm mütəxəssisi Serkan Yazıcının göstərişi ilə otaqlar bağlanıb və heç bir müştəriyə verilməyib. Otaqlarda hələ də güllə və qumbara izlərinin olduğu qeyd edilib. FETÖ üzvü əsgərlərlə qarşıdurmada şəhid olan prezident Ərdoğanın mühafizə dəstəsindən olan polis məmuru Mehmet Çətinin qaldığı otaqda 40 güllənin izləri bir-bir nömrələnib.

Prezident Ərdoğanın ofisində çevrilişçi əsgərlər tərəfindən atılan 80-dən çox güllənin izləri var. İki otağın pəncərələri sınmış vəziyyətdə saxlanılsa da, divarlarda və içəridəki bütün əşyalarda güllə izləri görünür.

Müəllif: Söylü Ağazadə

Bütün xəbərlər Facebook səhifəmizdə