Somalidə bomba yüklü avtomobillə hücum: 5 nəfər ölüb, 20 nəfər yaralanıb
Somalidə bir restoranın qarşısında bomba yüklü avtomobillə təşkil edilən hücumda 5 nəfər ölüb, 20 nəfər yaralanıb. SİA xarici mətbuata istinadən xəbər verir ki, dünən Somalinin paytaxtı Moqadişoda 2024-cü il futbol üzrə Avropa çempionatının final matçının tamaşaçılarının yerləşdiyi restoranın qarşısında bomba yüklü avtomobillə hücum təşkil edilib.
Polisin verdiyi açıqlamada avtomobilin partlaması nəticəsində 5 nəfərin öldüyü, 20 nəfərin yaralandığı bildirilib.
Partlayış nəticəsində 10 avtomobilin yararsız hala düşdüyü, bir çox binanın zədələndiyi qeyd edilib.
Hücuma görə məsuliyyəti “Əş-Şəbab” terror təşkilatı öz üzərinə götürüb.
Müəllif: Söylü Ağazadə
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB