Somalidə avtomobilin partladılması nəticəsində 5 nəfər həlak olub - YENİLƏNİB

Somalidə avtomobilin partladılması nəticəsində 5 nəfər həlak olub - YENİLƏNİB

Somalinin paytaxtı Moqadişoda futbol üzrə Avropa çempionatının finalını nümayiş etdirən kafenin yaxınlığında baş verən partlayış nəticəsində azı 5 nəfər ölüb, ən azı 20 nəfər yaralanıb. SİA xəbər verir ki, bu barədə SONNA agentliyi polisə istinadən məlumat yayıb.

"İlkin məlumatlarda 5 nəfərin öldüyü və 20-yə yaxın yaralının olduğu təsdiqlənib", - polis sözçüsü bildirib.

Polis rəsmisi qeyd edib ki, partlayışa “xarici terrorçular” tərəfindən kafenin yanında park edilmiş avtomobilə yerləşdirilmiş bomba səbəb olub.

Bütün xəbərlər Facebook səhifəmizdə