Təyyarənin qaçırılmasına görə, pilota 3 milyon dollar vəd edilibmiş..?
...Ukrayna xüsusi xidmət orqanlarının xaricdə Tu-22M3 strateji bombardmançı təyyarəsini qaçırmaq üçün cəlb etməyə çalışdığı rusiyalı pilot “Rossiya 1” telekanalının “Vesti” proqramında ona edilən sorğunun təfərrüatlarını açıqlayıb. Onun sözlərinə görə, qaçırmadan əvvəl o, digər üç ekipaj üzvünü də oradan çıxarmalı olub.
...Mənə onları zorla atmağı, belə desək, “insani” şəkildə məhv etməyi, yəni faktiki olaraq öldürməyi təklif etdilər.
SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bunu rusiyalı pilot deyib.
...O, Ukrayna xüsusi xidmət orqanları ilə əməliyyat oyununun ötən ilin oktyabrında başladığına aydınlıq gətirərək, bu əmrin icrasının texniki xüsusiyyətlərini nəzərə almadan onu daim təyyarəni qaçırmağa tələsdirdiklərini qeyd edib.
...Bundan əvvəl məlum olub ki, Ukrayna kəşfiyyatı Tu-22M3 strateji bombardmançı təyyarəsini qaçırdıqdan sonra rus pilotuna ağlasığmaz vədlər verib.
Yeri gəlmişkən, rus pilota Tu-22M3 uzaqmənzilli strateji bombardmançı təyyarənin qaçırılmasına görə 3 milyon dollar vəd edilibmiş..?
Əli Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB