Qərb ABŞ-ın Rusiya ilə raket müharibəsi ssenarisini açıqlayıb

Qərb ABŞ-ın Rusiya ilə raket müharibəsi ssenarisini açıqlayıb

...Təqaüddə olan amerikalı kəşfiyyatçı Scott Ritter Rusiya ilə ABŞ arasında raket müharibəsi ssenarisini təsvir edərək, Moskvanın niyə qalib gələcəyini izah edib.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bu barədə o, jurnalist Qarland Niksonla YouTube kanalında yayımlanan müsahibəsində bildirib.

...Əgər ABŞ və Rusiya arasında raket müharibəsi başlasa, Rusiya qeyd-şərtsiz qalib gələcək, çünki onların raketləri müasirdir və müasir müharibə üçün də nəzərdə tutulub. Bizim belə silahlarımız yoxdur.

Bunu deyən amerikalı kəşfiyyatçı, amerikalıların hazırda belə raketlər yaratmaq üçün səy göstərdiyini vurğulayıb.

...Ritter əlavə edib ki, ABŞ hərbi-sənaye kompleksi və ordusu inkişaf etməyi dayandırıb və gələcəkdə yaranacaq yüksək intensivlikli münaqişələrə hazır deyil.

Bundan əvvəl Pentaqon Rusiyanın Qərb silahlarının zərərsizləşdirilməsində parlaq işini tanımışdı.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə