“Əbədi məşəl”də kolbasa bişirən məktəblini 5 il həbs cəzası gözləyir

“Əbədi məşəl”də kolbasa bişirən məktəblini 5 il həbs cəzası gözləyir

...Moskvanın Ruza vilayətində “Əbədi məşəl”də kolbasa qızartmış məktəbli qıza qarşı vandalizm və hərbi şöhrət simvollarının təhqir edilməsi ilə bağlı cinayət işi açılıb.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, iyulun 13-də internetdə uzun saçları mavi rəngə boyanmış qızın Böyük Vətən Müharibəsi zamanı həlak olanların xatirə kompleksinin ərazisində yemək bişirməyə çalışdığını əks etdirən video yayılıb.

Videoda onu Anya adlandırırlar - bu, təqsirləndirilən şəxs haqqında məlum olan yeganə detaldır. Müxtəlif teleqram kanalları tərəfindən kütləvi şəkildə təkrar yayımlanan video işin başlanması üçün əsas olub.

Qeyd edilir ki, təqsirləndirilən şəxsi 5 ilə qədər həbs cəzası gözləyə bilər.

...Yeri gəlmişkən, Rusiyada mütəmadi olaraq hərbi şöhrət simvollarının təhqir edilməsi və ya nasizmin reabilitasiyası ilə bağlı cinayət işləri aparılır.

Bununla bağlı nümunə isə...nə qədər desən var.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə