Ruslar Ukraynaya qarşı müharibədə bütün peşəkar ordusunu itirib..?

Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin rəisi Kirill Budanova görə, bunun bərpası uzun illər çəkəcək
Ruslar Ukraynaya qarşı müharibədə bütün peşəkar ordusunu itirib..?

...Ruslar Ukraynaya qarşı müharibədə bütün peşəkar ordusunu itirib və indi döyüş meydanında kim olsa da döyüşmək məcburiyyətindədirlər.

SİA-nın əldə etdiyi məlumata görə, bunu Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin rəisi Kirill Budanov deyib.

Belə ki, “NV”-yə verdiyi müsahibədə o, keçən ilin payızından əvvəl rusların bütün peşəkar ordusunu itirdiyini söyləyib.

...Rusiyanın itkiləri arasında ən vacibi peşəkar insan resurslarıdır, bu, uzun illər çəkəcək. Düzünü deyək: onlar 2022-ci ilin payızına qədər bütün peşəkar ordusunu itirdilər. İndi onlar səfərbər edilmiş məhbus kimi və ya hər kəs kimi döyüşürlər.

Bunu deyən Kirill Budanov həmçinin vurğulayıb ki, Rusiya Federasiyası üçün digər çətin problemlər Qara dəniz donanmasının, eləcə də operativ-taktiki və operativ-strateji raketlərin ehtiyatının bərpası olacaq.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə