...Ukrayna ordusu hesab edir ki, prezident Cozef Baydenin ABŞ və Ukrayna üçün edə biləcəyi ən yaxşı şey seçki yarışından geri çəkilməkdir.
SİA-nın əldə etdiyi məlumata görə, bunu “The New York Post” yazır.
...Ukrayna Silahlı Qüvvələri Baydenin Donald Trampı məğlub edə biləcəyinə şübhə edir, eyni zamanda Bayden qalib gəlsə belə, ABŞ liderlik qərarları verə bilməyəcəyindən də qorxurlar.
...Vladimir Zelenski Vaşinqtonda NATO sammitindəki mətbuat konfransı zamanı onu “Putin” adlandıran Cozef Baydenin dilinin sürüşməsini “kənara fırçalayarkən”, Ukrayna əsgərləri ABŞ prezidentinin vəziyyətindən narahat olduqlarını bildiriblər.
Bunu da “The New York Post” yazır.
Nəşrin qeyd etdiyi kimi, Ukrayna Silahlı Qüvvələrinin əsgərləri Baydenin seçki yarışından geri çəkiləcəyinə ümid edir və bunu prezidentin həm Amerika, həm də Ukrayna üçün edə biləcəyi ən yaxşı iş adlandırırlar.
…Düşünürəm ki, onu təcili çıxarmaq lazımdır. İstənilən ağlabatan demokrat daha yaxşı olar.
İddiaya görə, guya Ukraynalı hərbçilərdən biri deyib bunu. Digər hərbçi isə,..Bayden Ukrayna üçün çox faydalı olsa da, Rusiya ilə kifayət qədər mübarizə aparmayıb, deyib..?
…Ukrayna hərbçiləri bildiriblər ki, Ukraynanın Qərbdəki əsas müttəfiqi liderlik qərarları qəbul edə bilməyəcək və ölkəyə əvvəlki səviyyədə dəstək verməyə davam edəcək. Əsgərlər həmçinin Baydenin seçkidə Respublikaçı namizəd Donald Trampa qalib gələ biləcəyinə şübhə edirlər.
Əli Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB